Geri

FHN-in Baş Əməliyyat İdarəsi ilə Şimal-qərb Regional Mərkəzi birgə seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsi ilə Şimal-qərb Regional Mərkəzi 24 avqust 2017-ci il tarixində Şamaxı rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Şimal-qərb Regional Mərkəzinin yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili və mövcud problemlər” mövzusunda birgə seminar-müşavirə keçirmişdir. Seminar-müşavirədə FHN Baş Əməliyyat İdarəsinin Qarşılıqlı Fəaliyyətin Təşkili şöbəsinin, Şimal-qərb Regional Mərkəzinin, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Mərkəzi Xəstəxanasının, Elektrik paylayıcı şəbəkəsinin, Qaz istismar sahəsinin, Təhsil şöbəsinin, Telekommunikasiya qovşağının, Suvarma sistemləri idarəsinin, Meşələrin mühafizəsi və bərpası müəssisəsinin rəhbər heyəti iştirak etmişdir.

Tədbirdə Şamaxı rayonu üzrə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, fövqəladə hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması, qarşıda duran vəzifələr və problemlərin həllinə dair mövzular müzakirə olunmuşdur.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 fevral 2018-ci il tarixində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 21 fevral 2018-ci il tarixində Şirvan şəhəri 4 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 21 fevral 2018-ci il tarixində Quba şəhər 5 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu