Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 23 avqust 2017-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirmişdir.

Toplantı zamanı Muğan Regional Mərkəzinin əməkdaşları “112” qaynar xətti”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları” və “Meşə yanğınları” mövzularında məruzələrlə çıxış etmişlər. Tədbirdə, həmçinin mövzulardan bəhs edən müxtəlif videoçarxlar nümayiş olunmuşdur.

Digər məlumatlar

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbirləri davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları 22 iyun 2018-ci il tarixində Xətai rayonunun Əhmədli qəsəbəsində və Xudu Məmmədov küçəsi 6 ünvanında yaşayan sakinlərlə görüş keçirmişlər. Sakinlərə yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması məqsədilə təşkil edilən tədbir “Mənzillərdə yanğın təhlükəsizliyi” mövzusunda keçirilmişdir. Görüşdə yanğın təhlükəsizliyinə dair söhbətlər aparılmış, suallar......

Ardını oxu