Geri

Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Nazirliyin Baş əməliyyat idarəsi ilə birgə 18 avqust 2017-ci il tarixində  “Masallı rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda Masallı rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri, rayonun enerji, qaz, telekommunikasiya və su təchizatı üzrə xidmətlərinin rəisləri, meşə mühafizəsi və bərpası müəssisəsinin, polis və təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri açıq elan edərək bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı vəziyyətin öyrənilməsi, həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yollarının müzakirə olunmasından ibarətdir.

Toplantıda çıxış edən natiqlər FHN-in regionda fəaliyyət göstərən qurumlarla qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparmış, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə torpaq sahələrinin məqsədyönlü təyinatı, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında müxtəlif təyinatlı obyektlərin tikintisinin yolverilməzliyi, meşələrin yanğından qorunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarının seminar-müşavirə ilə bağlı təklifləri dinlənilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Abşeron rayonu, Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Muğan Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Neftçala rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Şabran şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu