Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 11 avqust 2017-ci il tarixində Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə halların, meşə yanğınlarının yaranma səbəbləri, ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti və çimərlikdə təhlükəsizlik qaydaları ilə bağlı söhbət aparılmışdır.  

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, Sel və daşqınlar zamanı davranış qaydaları” “Od söndürücü balonlardan istifadə qaydaları” “Çimərlikdə davranış qaydaları”, "Məişətdə yanğın. Meşə yanğınları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur. 

Sonda Nazirliyin hazırladığı məlumat kitabçaları iştirakçılara paylanmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Nazirliyin Baş əməliyyat idarəsi ilə birgə 18 avqust 2017-ci il tarixində  “Masallı rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda Masallı rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 avqust  2017-ci il tarixində Naftalan şəhər Mərkəzi Xəstəxanasının işçiləri ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 avqust 2017-ci il tarixində Yardımlı rayon Mərkəzi Xəstəxanasında FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar  arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu