Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 28 iyul 2017-ci il tarixində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Yevlax rayon Şahmat məktəbinin akt zalında “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir.
Rayon müşavirəsində FHN-in Aran Regional Mərkəzinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Yevlax rayon İcra Hakimiyyətinin, yerli icra orqanlarının, xidmət sahələrinin əməkdaşları, bələdiyyələrin nümayəndələri, eləcə də su hövzələrinin fəaliyyətinə məsul şəxslər iştirak etmişlər.
Toplantıda Yevlax rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılmış, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş etdirilmişdir. Həmin nöqsanlar müzakirə edilmiş, problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır.
Çıxışlarda FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, yay mövsümündə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilmişdir.
Tədbirdə, həmçinin ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, mövzuya dair videoçarx nümayiş etdirilmişdir.
Sonda sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatların əks olunduğu təbliğat materialları tədbir iştirakçılarına paylanılmışdır. Tədbir iştirakçılarını maraqlandıran suallar FHN əməkdaşları tərəfindən cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 24 aprel 2018-ci il tarixində Beyləqan rayon Qəhrəmanlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 24 aprel 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun texnoloji proseslərin tədqiqatı üzrə 24 nömrəli sahəsində "Neft emalı müəssisələrinin laboratoriya və təcrübə qurğularında yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda nəzəri-praktiki seminar keçirmişdir....
Ardını oxu