Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR”ın Neft Kəmərləri İdarəsində yanğın-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 27 iyul 2017-ci il tarixində “SOCAR”ın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkında "Neft və neft məhsullarının saxlandığı çənlərdə baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ-in obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin rəisi daxili xidmət polkovniki Valid Quliyev rəhbərlik etmişdir. Tədbirin keçirilməsində məqsəd yanğın kəşfiyyatının aparılması, yanğının vəziyyətinin qiymətləndirilməsi, qərarların qəbulu, müvafiq göstərişlərin verilməsi, qüvvə və vasitələrin idarə olunması, yanğının həlledici istiqamətinin müəyyənləşdirilməsi, döyüş sahələrindəki qüvvələrin idarə olunması, qonşu sahə rəisləri və əməliyyat qərargahı ilə qarşılıqlı hərəkətlə bağlı qarşıda duran vəzifələrin icrası istiqamətində şəxsi heyətin taktiki hazırlığının yüksəldilməsi olmuşdur. Təlimdə “SOCAR”ın Neft Kəmərləri İdarəsinin  Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkının mühəndis-texniki heyəti də iştirak etmişdir. 

 Təlim zamanı obyektin xidmətçi heyətinə şərti yanğın haqqında məlumat daxil olan kimi qəzanın ləğv edilməsi planı üzrə müvafiq hərəkətlər icra olunmuş, yanğın hissələri təlim obyektinə gəldikdən sonra yanğınsöndürmə rəhbəri tərəfindən əməliyyat şəraiti qiymətləndirilmiş və müvafiq qərarlar qəbul olunmuş, yanğınsöndürmə qərargahı, arxa cəbhə və obyekt rəhbərliyi ilə qarşılıqlı hərəkətlər təşkil edilmişdir. Döyüş tapşırıqları icra olunaraq  yanan 907 saylı və qonşu çənlər soyudulmuş, köpük hücumu icra olunduqdan sonra şərti yanğın söndürülmüşdür.

Yanğın-taktiki təlimində döyüş hərəkətləri zamanı şəxsi heyətin təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılmışdır. Beləliklə, yanğın-taktiki təlim qarşıya qoyulan məqsədə nail olunmaqla yekunlaşmışdır.

Təlimdən sonra əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları dəyərləndirilmiş, yol verilmiş nöqsanlar müzakirə edilmiş, belə halların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilmişdir. Təlimin nəticələrinə yekun vurularkən neft çənlərində yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, taktiki imkanlardan maksimum istifadə etməklə onları döyüş hərəkətlərinin həlledici istiqamətlərində operativ olaraq cəmləşdirib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarların qəbulu istiqamətində vəzifələrin icrası ilə bağlı  ARDNŞ-in obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin müvaiq qurumları, həmçinin “SOCAR”ın Neft Kəmərləri İdarəsinin  Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkının mühəndis-texniki heyəti qarşısına vəzifələr qoyulmuşdur.  

Sonda “SOCAR”ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi neft sənayesinin yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlərin təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu