Geri

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirmişdir

26 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə “Körpü-bina-tikinti” MMC-nin Xırdalan İstehsalat bazasında “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi və xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması” mövzusunda təlim keçirilmişdir.

Təlimdə Sumqayıt Regional Mərkəzinin və “Körpü-bina-tikinti” MMC-nin Xırdalan İstehsalat bazasının əməkdaşları iştirak etmişdir.

Təlimin keçirilməsində məqsəd Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə potensial təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə hadisə zamanı çevik reaksiya verilməsi və nəticələrin vaxtında aradan qaldırılması işini təşkil etməkdən ibarət olmuşdur.

Təlim zamanı şərti olaraq Abşeron rayonunun şimalında 7.5 bal gücündə baş vermiş zəlzələ nəticəsində “Körpü-bina-tikinti” MMC-nin Xırdalan İstehsalat bazasında istehsalat qəzaları və partlayış baş vermiş, yanğınlar və uçqunlar olmuş, çoxlu sayda insan xəsarət almışdır.

Hadisə barəsində məlumat alan Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunmuşdur. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən dərhal xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılmış, zərərçəkənlərə isə Sumqayıt Regional Mərkəzinin tibb işciləri tərəfindən ilk tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılmışdır.

Uğurla keçən tədbirin sonunda təlimin gedişatı qiymətləndirilmiş, nöqsanlar araşdırılmış və bunların gələcəkdə aradan qaldırılması üçün təkliflər verilmişdir.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Neftçala rayonu Xolqaraqaşlı kənd sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi dəyirmi masa keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayon İcra Hakimiyyətinin ictimai-siyasi orqanı olan "Laçın" qəzetinin redaksiyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda dəyirmi masa keçirmişdir....

Ardını oxu

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu