Geri

FHN Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 25 iyul 2017-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Tərtər rayonu Qaradağlı kənd Bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirmişdir. Tədbirdə “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir. Çıxışlardan sonra məruzələr ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Görüşdə bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Digər məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu