Geri

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməliyyat tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 22-23 iyul 2017-ci il tarixlərində keçirilən əməliyyat tədbirləri nəticəsində bəzi su nəqliyyatı vasitələrinin sahibləri tərəfindən müvafiq qanunverciliyin pozulduğunu müəyyən etmişdir. Ümumilikdə səkkiz ədəd su nəqliyyatı vasitəsinin  - Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən çimərlikdə bir ədəd mühərrikli taxta qayıq, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosikl, Buzovna qəsəbəsində yerləşən çimərlikdə bir ədəd hidrosikl, Türkan qəsəbəsindəki çimərlikdə bir ədəd mühərrikli taxta qayıq, Bakı şəhəri, Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən çimərlikdə iki ədəd hidrosikl, Səbail rayonu Şıx çimərliyində bir ədəd hidrosikl, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən çimərlikdə isə bir ədəd hidrosiklin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 18 oktyabr 2017-ci il tarixində Hacıqabul rayonu 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə tədbir keçirmişdir

18 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığl ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında dövlət müstəqilliyinin bərpasının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu