Geri

FHN-in Muğan Regional Mərkəzdə seminar-müşavirə keçirilmişdir

30 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində “Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlığının artırılması” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Tədbirdə Nazirliyin Baş əməliyyat idarəsinin, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin nümayəndələri, Muğan Regional Dövlət Yanğına Nəzarət İdarəsinin, Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Qaz İstismar Sahəsinin, Elektrik Şəbəkənin, Suvarma Sistemləri İdarəsinin, Polis və Təhsil şöbələrinin rəhbərləri, o cümlədən fövqəladə hallar komissiyalarının və bələdiyyələrin sədrləri, həmçinin FHN Regional mərkəzinin aidiyyəti şöbə və sektorlarının əməkdaşları iştirak etmişlər.

Müşavirədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında Regional Mərkəz ilə qarşılıqlı fəaliyyətin zəruriliyi vurğulanaraq, görülən işlər, problemlər və onların həlli yollarından danışılmışdır.

Tədbirdə fövqəladə hallarla bağlı meşə və əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması üçün kəndlərdə əhalinin maarifləndirilməsinin, yay mövsümünün gəlişi ilə əlaqədar olaraq çimərliklərdə nəzarətin artırılmasının və müvafiq maarifləndirici lövhələrin qoyulmasının, gigiyena və ətraf ərazilərin çirklənməməsi üçün daha ciddi və konkret tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu