Geri

Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 29 iyun 2017-ci il tarixində Salyan Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirmişdir. Tədbirdə səhiyyə ocağının rəhbər işçiləri, həkimlər, tibb bacıları, Muğan Regional Mərkəzinin və Muğan Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak etmişdir. Tədbirin keçirilməsində məqsəd əhalinin təhlükəli hadisələrdən xəbərdar edilməsi, qorunması və qarşısının alınması istiqamətində tibb personalının məlumatlandırılması olmuşdur.

Toplantı zamanı “112” qaynar xətti”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Meşə yanğınları” və digər mövzular haqqında ətraflı məlumat verilmiş, təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydalarından bəhs edilmişdir.

Sonra mövzulardan bəhs edən müxtəlif videoçarxlar nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

FHN Şimal-qərb Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Qəbələ rayon İcra Hakimiyyətində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 iyun 2018-ci il tarixində Abşeron rayon Qobu Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Avropa çempionatında bürünc medal qazanmışdır

14-18 iyun 2018-ci il tarixlərində Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatı keçirilmişdir. ...

Ardını oxu