Geri

FHN Şimal-Qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

23 iyun 2017-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir.

Konfransda çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Komitə tərəfindən görülmüş işlər haqqında məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Tədbirdə Şimal-qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Rövşən Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, hesabat dövründə Komitənin keçirdiyi iclaslarda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının tövsiyə və göstərişləri müzakirə olunmuşdur. İclaslarda Komitənin hesabat dövrü ərzində gördüyü işlərin statistik hesabatı, aztəminatlı ailələrə maddi yardım verilməsi ilə əlaqədar ərizələrə baxılması, mədəni-kütləvi tədbirlərin, rəsmi bayramların və tarixi-əlamətdar günlərin, ad günləri və yubileylərin keçirilməsi ilə əlaqədar məsələlərə baxılmışdır. Komitənin sədri hesabat çıxışını ümumilikdə, əsasən üç səpkidə - əməyin təhlükəsizliyi,  təhlükəsizlik texnikası üzrə görülən işlər, mədəni-kütləvi tədbirlərdə iştirakları barədə məlumatlar əsasında qurmuşdur. Natiq yuxarıda göstərilən işlərin daha yüksək səviyyədə həyata keçirilməsinin növbəti ildə də davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin rəis müavini mayor Ceyhun Babayev Mərkəzin işçilərinə göstərilən qayğı, onların asudə vaxtlarının səmərəli keçirilməsi, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verildiyi, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların göstərildiyi, xidmətdə xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqına və onun sədri Mehman İsmayılova öz təşəkkürünü bildirmişdir.

Konfransın sonunda Rövşən Məmmədov yenidən FHN Şimal-qərb Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 24 aprel 2018-ci il tarixində Beyləqan rayon Qəhrəmanlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda nəzəri-praktiki seminar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti  24  aprel 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun  texnoloji proseslərin tədqiqatı üzrə  24 nömrəli sahəsində "Neft emalı  müəssisələrinin laboratoriya və təcrübə qurğularında yanğın təhlükəsizliyi tədbirləri"  mövzusunda nəzəri-praktiki seminar keçirmişdir....

Ardını oxu