Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 23 iyun  2017-ci il tarixində Naftalan şəhər Uşaq Musiqi Məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəb kollektivinin təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları, mənzildə yanğın zamanı davranış və təhlükəsizlik qaydaları mövzularında  məlumatlandırılması olmuşdur.

Toplantıda Aran Regional Mərkəzinin əməkdaşları, Naftalan şəhər Mədəniyyət və turizm şöbəsinin işçiləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Çimərlikdə davranış qaydaları”, "Məişətdə yanğın. Meşə yanğınları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur. 

Sonda Nazirliyin hazırladığı məlumat kitabçaları iştirakçılara paylanmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Azərbaycan FHN-in və Avstriyanın Federal Daxili İşlər Nazirliyinin Qəbələdə keçirdiyi növbəti birgə təlimlər başa çatmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlıq çərçivəsində yanvarın 5-dən başlamış xizəksürmə texnikası və qar uçqunlarında axtarış-xilasetmə üzrə növbəti təlimlər yanvarın 14-də başa çatmışdır....

Ardını oxu