Geri

FHN Akademiyasında Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir

23 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 99-cu ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Silahlı Qüvvələr Günü münasibətilə toplantı iştirakçılarını təbrik etmiş, 1918-ci il iyunun 18-də  Milli Ordumuzun yaradılmasını Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi qiymətləndirmişdir. Natiq vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verilmiş, tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, hərbi vətənpərvərlik işi gücləndirilmiş, ordu quruculuğunun  ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmiş, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır. Ulu öndərin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuş və hər il bu tarix  rəsmi dövlət bayramı kimi qeyd olunur.

P. Süleymanov daha sonra qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz həm potensialına, həm döyüş qabiliyyətinə, həm də möhkəm maddi-texniki bazasına görə dünyada güclü ordular sırasındadır.

Sonra Akademiyanın Hərbi kafedrasının müəllimi, ehtiyatda olan polkovnik-leytenant Arzu Musayev çıxış edərək müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və onun formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etmişdir.  

Digər məlumatlar

Ümummilli lider Heydər Əliyevin xatirəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anılmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın 11 dekabr 2017-ci il tarixində növbəti məşğələsi keçirilmişdir. Məşğələ ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuşdur.  Lektoriyanın qonağı Milli Məclisin deputatı, elmlər doktoru, professor Elman Nəsirov olmuşdur. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi dekabr ayının 8-də Qərbi Kaspi Universitetində “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş elmi-praktik konfrans olmuşdur. ...

Ardını oxu

“Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 7 dekabr 2017-ci il tarixində Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlim kecirmişdir. ...

Ardını oxu