Geri

FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 iyun 2017-ci il tarixində Sumqayıt şəhər Qaz İstismar Sahəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir.

Müşavirədə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Sumqayıt şəhər Qaz İstismar Sahəsinin əməkdaşları iştirak etmişdir.                               

Tədbirdə fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən söz açılmışdır.

Sonra Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Sumqayıt şəhəri ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, problemlər diqqətə çatdırılmışdır.

Həmçinin, tədbirdə “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

FHN Şimal-qərb Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Qəbələ rayon İcra Hakimiyyətində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 iyun 2018-ci il tarixində Abşeron rayon Qobu Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Avropa çempionatında bürünc medal qazanmışdır

14-18 iyun 2018-ci il tarixlərində Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatı keçirilmişdir. ...

Ardını oxu