Geri

FHN Şimal Regional Mərkəzi müşavirə keçirmişdir

FHN-in Şimal Regional Mərkəzi 31 may 2017-ci il tarixində Xaçmaz Tarix Diyarşunaslıq Muzeyində “FHN Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, bələdiyyə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə hallar sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda müşavirə keçirmişdir.

Tədbirdə Nazirliyin Baş əməliyyat idarəsinin, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin nümayəndələri, Şimal Regional Dövlət Yanğına Nəzarət İdarəsinin, Xaçmaz Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin, Şimal Regional Tikinti Müfəttişliyinin, Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xaçmaz rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin, Qaz İstismar Sahəsinin, Elektrik Şəbəkənin, Suvarma Sisitemləri İdarəsinin, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, 5 saylı Regional Ərazi Ekologiya və Təbii Sərvətlər, Polis və Təhsil şöbələrinin rəhbərləri, o cümlədən fövqəladə hallar komissiyalarının və bələdiyyələrin sədrləri, həmçinin FHN Regional mərkəzinin aidiyyəti şöbə və sektorlarının əməkdaşları iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Mərkəzin rəisi polkovnik Şahin Mirzəyev fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayaraq görülən işlər, problemlər və onların həlli yollarından danışmışdır.

Tədbirdə fövqəladə hallarla bağlı meşə və əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması üçün kəndlərdə əhalinin maarifləndirilməsinin, yay mövsümünün gəlişi ilə əlaqədar olaraq çimərliklərdə nəzarətin artırılmasının və müvafiq maarifləndirici lövhələrin qoyulmasının, gigiyena və ətraf ərazilərin çirklənməməsi üçün daha ciddi və konkret tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Sonra tədbirdə qaldırılan məsələrlə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Müşavirədə Şimal Regional Mərkəzinin 19 may 2014-cü il tarixində Xaçmaz rayonunda keçirdiyi taktiki-xüsusi təlimin videoçarxı da nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu