Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktik videoseminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 may 2017-ci il tarixində “Təsərrüfat obyektlərində yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-praktik videoseminar keçirilmişdir. Beynəlxalq videoseminara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetay Texniki İnstitutu, Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Dövlət Akademiyası, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Ural İnstitutu, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq Universitetinin professor-müəllim heyəti qatılmışdır.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanovun sədrliyi ilə keçirilən beynəlxalq videoseminarda tədris şöbəsinin rəisi polkovnik, texnika üzrə fəlsəfə doktoru dosent Malik Qarayev “Şəhər obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsinə nəzəri yanaşma”, Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsinin təlim rəhbəri polkovnik-leytenant Kərim Kərimov “Yanğın zamanı qeyri daşıyıcı şüşə arakəsmələrin istiliyə davamlılığı”, magistrant daxili xidmət leytenantı Orxan Motuxov “Yanğının söndürülməsinə hazırlıq vaxtının və hadisə yerinə çatma müddətinin azaldılması” mövzularında məruzələrlə çıxış etmişlər. Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 21 fevral 2020-ci il tarixində Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

21 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər rayon Xoruzlu kəndində yerləşən “Vəkiloğlu” MMC-də, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Aran ...

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu