Geri

FHN Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 31 may 2017-ci il tarixində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda Salyan rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir. Müşavirədə FHN Muğan Regional Mərkəzinin, Muğan Regional Yanğın Nəzarəti İdarəsinin və Salyan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, icra hakimiyyətinin məsul işçiləri, yerli bələdiyyələr, ərazi icra nümayəndələri, iri təsərrüfat sahibləri iştirak etmişdir. Mərkəzin əməkdaşları “Taxıl yığımı zamanı yanğın təhlükəsizlik qaydaları”, “Meşə təsərrüfatında yanğın təhlükəsizliyi tədbirləri” mövzularında məruzələrlə çıxış etmiş, biçilmiş taxıl sahələrinin və kövşənlərin yandırılması, yanğın zamanı yanğınsöndürmə qüvvələrinin qarşılaşdığı problemlərdən söz açmış, baş vermiş hadisələrin qarşısının effektiv alınması üçün yerli bələdiyyələr, ərazi icra nümayəndələrinin üzərinə düşən vəzifələrin vaxtında icra olunmasının vacibliyini vurğulamışlar. Tədbirin sonunda suallar cavablandırılmış, qeyd edilən mövzularla bağlı müzakirələr aparılmışdır.

 

Digər məlumatlar

Ümummilli lider Heydər Əliyevin xatirəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anılmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın 11 dekabr 2017-ci il tarixində növbəti məşğələsi keçirilmişdir. Məşğələ ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuşdur.  Lektoriyanın qonağı Milli Məclisin deputatı, elmlər doktoru, professor Elman Nəsirov olmuşdur. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi dekabr ayının 8-də Qərbi Kaspi Universitetində “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş elmi-praktik konfrans olmuşdur. ...

Ardını oxu

“Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 7 dekabr 2017-ci il tarixində Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlim kecirmişdir. ...

Ardını oxu