Geri

FHN-in Şimal Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 may 2017-ci il tarixində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Qusar şəhər Gənclər Evində “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Rayon müşavirəsində FHN Şimal Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Qusar rayon İcra Hakimiyyətinin, yerli icra orqanlarının əməkdaşları, bələdiyyələr, eləcə də digər aidiyyətı rayon müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.

Müşavirədə Qusar rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılmış, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş edilərək yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilmiş, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarına təqdim olunmuşdur.

Çıxış edənlər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, yay mövsümündə sularda vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti ilə bağlı ətraflı məlumat vermişlər.

Sonda iştirakçılara ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verilmiş, mövzuya dair videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 sentyabr 2018-ci il tarixində SOCAR-ın “Azərikimiya” İstehsalat Birliyinin təmir tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu