Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 28 aprel  2017-ci il tarixində Zərdab rayonu, Bəyimli qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilmişdir.

Toplantıda Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, Sel və daşqınlar zamanı davranış qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu