Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi cari ilin 27 aprel tarixində Suraxanı rayonundakı 89 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə nazirliyin qurumlarının nümayəndələri və məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Çıxış edən natiqlər “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında məlumat vermiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimləri keçirilmişdir

12 dekabr 2017–ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Qarabağ, Cənub, Gəncə, Muğan və Şimal Regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Ümummilli lider Heydər Əliyevin xatirəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anılmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın 11 dekabr 2017-ci il tarixində növbəti məşğələsi keçirilmişdir. Məşğələ ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuşdur.  Lektoriyanın qonağı Milli Məclisin deputatı, elmlər doktoru, professor Elman Nəsirov olmuşdur. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi dekabr ayının 8-də Qərbi Kaspi Universitetində “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş elmi-praktik konfrans olmuşdur. ...

Ardını oxu