Geri

FHN-in Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı elmi-praktik konfrans keçirmişlər

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 26 aprel 2017-ci il tarixində “Həyat fəaliyyətinin təhlükəsizliyi Azərbaycan gəncliyinin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda çıxış edən FHN Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov fövqəladə hallardan qorunma, əhalinin fövqəladə hallara hazırlığının artırılması və baş vermiş fəlakətlər zamanı insan itkisinin qarşısının alınmasının əsas prioritet məsələlərdən biri olduğunu bildirmiş və Nazirliyin bu sahədə həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə işlərindən danışmışdır. O, qeyd etmişdir ki, FHN gənc nəslin də maarifləndirilməsini xüsusi olaraq diqqətdə saxlayaraq müxtəlif tədbirlər keçirir.

FHN Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev nazirliyin  yaradıldığı gündən maairfləndirmə məsələlərinə elmi-konseptual yanaşma nümayiş etdirdiyini vurğulayaraq bugünkü elmi-praktik konfransın da həmin yanaşmanın təzahürü olduğunu diqqətə çatdırmışdır,

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Elxan Cəbiyev fövqəladə hallara hazırlıq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclərlə müxtəlif xarakterli maarifləndirmə işləri aparıldığını qeyd edərək bildirmişdir ki, artıq yeddi ildir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə bu səpkidən olan elmi-praktik konfranslar təşkil olunur.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının departament direktoru Həsən Əliyev Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirərək bu cür yüksək səviyyəli tədbirlərin gənc nəslin təbii və texnogen mənşəli hadisələrə hazırlığı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Konfransda Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursantı Mirramin Yunusov “Həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsində beynəlxalq təcrübənin  tətbiqi”, Azərbaycan Dillər Universitetinin tələbəsi İlahə Balakişiyeva “Gənclərin fövqəladə hallarla mübarizəyə cəlb edilməsi yolları”, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Elşən Əsədli “Fövqəladə hallar zamanı gənclərin psixoloji hazırlığı”, Bakı Dövlət Universitetinin  tələbəsi Həyat Qarayeva “Fövqəladə hallar zamanı KİV-lərlə işin təşkili”,  Tibb Universitetinin tələbəsi Fərid Ələkbərli “Fövqəladə hallar zamanı ilk tibbi yardım” mövzusunda məruzələrlə çıxış etmişlər.

Konfransın yekununda məruzələrdəki mövzular ətrafında müzakirələr aparılmışdır. Tədbirdə çıxış edən natiqlər gənc nəslin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı maariflənməsi üçün müstəsna əhəmiyyətə malik bu cür tədbirlərin mütəmadi keçirilməsinin məqsədəuyğun olduğunu bildirmiş və əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Digər məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu