Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 aprel 2017-ci il tarixində Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

20 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “GilanTexstil Park” MMC-də “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması və nəticələrin aradan qaldırılmasında Nazirliyin yerli qurumları ilə əlaqənin təşkili” mövzusunda tədbir keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

19 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 oktyabr 2017-ci il tarixində Xızı rayonu Yeni Yaşma Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu