Geri

FHN DYMX “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 2017-ci il aprelin 25-də Bakı şəhəri, Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz City” otelində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi  ilə  "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirmişdir.

Təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilmiş, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanılmışdır.  

Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilmişdir. 

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunmuşdur.

Digər məlumatlar

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbirləri davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları 22 iyun 2018-ci il tarixində Xətai rayonunun Əhmədli qəsəbəsində və Xudu Məmmədov küçəsi 6 ünvanında yaşayan sakinlərlə görüş keçirmişlər. Sakinlərə yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması məqsədilə təşkil edilən tədbir “Mənzillərdə yanğın təhlükəsizliyi” mövzusunda keçirilmişdir. Görüşdə yanğın təhlükəsizliyinə dair söhbətlər aparılmış, suallar......

Ardını oxu