Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

20 aprel 2017-ci il tarixində Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.

Tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilmiş, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilmiş, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılmış, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilmiş, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılmışdır.

Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə də geniş şəkildə toxunularaq qeyd olunmuşdur ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər. Həmçinin, bildirilmişdir ki, təhlükəsizlik qaydalarına əməl olunmazsa, ən müasir texnika və texnologiyalar sağlam və təhlükəsiz əmək şəraitini yaratmağa qadir deyildir. Belə ki, işçilər texnologiyaları bilməkdən əlavə, iş yerində davranış qaydalarını da bilməli, öz vəzifələrini elə yerinə yetirməlidirlər ki, təhlükəli və zərərli şərait yaranması mümkün olmasın, belə şərait yarandıqda isə onu aradan qaldırmaq üçün tədbir görə bilsinlər.

Sonda dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar və yaddaş kitabçaları paylanılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində 28 May – Respublika Gününə həsr olunmuş tədbirlər keçirilmişdir

26 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Şimal, Cənub, Qarabağ regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir....

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 may 2017-ci il tarixində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Qusar şəhər Gənclər Evində “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə 25 may 2017-ci il tarixində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir....

Ardını oxu