Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birlikdə Səbail rayonundakı 163 nömrəli orta məktəbdə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, təhsil müəssisəsinin binaları və otaqları  müvafiq qaydalara və normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. Yanğın texnikalarını və ilkin odsöndürmə vasitələrini təyinatından başqa digər məqsədlər üçün istifadə etmək qadağandır. Odsöndürən balonların və digər yanğınsöndürmə vasitələrinin saxlanılmasına, daim istifadəyə yararlı vəziyyətdə olmasına gündəlik nəzarət olunmalıdır. Yanğın baş verərkən dərhal yanğından mühafizə xidmətinə məlumat verilməli, həmçinin, yanğın barədə  müəllim və şagirdlərə xəbər verilməsi üçün daxili radiotranslyasiya şəbəkəsindən, həyəcan zəngindən və digər səs siqnallarından istifadə edilməlidir. Yanğından mühafizə xidmətinin əməkdaşları gələnə qədər mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının mənbəyini söndürməyə çalışmaq lazımdır.

Sonda FHN-in “112” qaynar xətti və odsöndürən balonlardan istifadə qaydaları barədə məlumat verilmiş, kitabça və plakatlar paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

20 aprel 2017-ci il tarixində Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir....

Ardını oxu

FHN İdman-sağlamlıq klubunun üzvləri qalib olmuşlar

Sumqayit Olimpiya Kompleksində 20 aprel 2017-ci il tarixində Kempo üzrə 7-ci Respublika çempionati keçirilmişdir. Çempionatda 12 komandadan 200-ə yaxın idmançı iştirak etmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 aprel 2017-ci il tarixində Xızı rayonu Altıağac Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu