Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbir keçirmişdir

28 fevral 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birlikdə Füzuli rayonu E. Piriyev adına Böyük Bəhmənli kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumat verilmiş, “Dəm qazı”, “Sel və daşqın”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Zəlzələ”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

Sonda suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.  

Digər məlumatlar

FHN-in regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimləri keçirilmişdir

12 dekabr 2017–ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Qarabağ, Cənub, Gəncə, Muğan və Şimal Regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Ümummilli lider Heydər Əliyevin xatirəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anılmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın 11 dekabr 2017-ci il tarixində növbəti məşğələsi keçirilmişdir. Məşğələ ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuşdur.  Lektoriyanın qonağı Milli Məclisin deputatı, elmlər doktoru, professor Elman Nəsirov olmuşdur. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi dekabr ayının 8-də Qərbi Kaspi Universitetində “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş elmi-praktik konfrans olmuşdur. ...

Ardını oxu