Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 7 dekabr 2017-ci il tarixində Gəncə şəhəri Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Gəncə Regional Dövlət Yangın Nəzarəti İdarəsinin, həmçinin Gəncə regional Fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşları da iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda sualları cavablandırılmışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı yanğınsöndürmə xidmətinin əməkdaşı olmuş Milli Qəhrəmanların məzarlarını ziyarət etmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmuş,  Azərbaycan torpaqları uğurunda qəhrəmancasına fədakarlıq göstərərək həyatlarını fəda etmiş Azərbaycanın Milli Qəhrəmanları  Əsədov Malik Hamil oğlunun və Niftəliyev Cəmil Səmədxan oğlunun məzarları ziyarət olunmuş və şəhidlərin ailələrinə baş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 oktyabr 2018-ci il tarixində Göyçay rayon 27 nömrəli Ağdam tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 12 oktyabr 2018-ci il tarixində Quba şəhəri 4 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda növbəti  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu