Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 5 dekabr 2017-ci il tarixində İsmayıllı rayonu Basqal kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda dinləyicilərə “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “112” qaynar xətti”  haqqında geniş məlumatlar verilmişdir.

Sonda qeyd edilən mövzulara dair videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu