Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 5 dekabr 2017-ci il tarixində Qusar şəhər 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə “təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri”, “qəzaların baş verməsində insan faktoru, icma və ya cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti” kimi mövzularda biliklərin  aşılanması olmuşdur.

Toplantıda FHN-in fəaliyyət istiqamətləri, yanğın, zəlzələ, sel və daşqın zamanı hərəkət qaydaları, fövqəladə halların qarşısının vaxtında alınmasında “112” qaynar xətti”nin rolu barədə ətraflı məlumat  verilmişdir.

Sonda qeyd edilən mövzulara dair videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 oktyabr 2018-ci il tarixində Tərtər rayon Mamırlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 23 oktyabr tarixində Sabunçu rayonundakı 96 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 22 oktyabr 2018-ci il tarixində Lənkəran Dövlət Universitetinin rəhbərliyi ilə mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu