Geri

FHN-in Muğan Regional Mərkəzi qərargah məşqi keçirmişdir

30 noyabr - 1 dekabr 2017-ci il tarixlərində Muğan Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı vəziyyətin qiymətləndirilməsi, təhlilin aparılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması, qüvvə və vasitələrin idarə edilməsində qarşılıqlı fəaliyyətin təşkili üzrə məşq iştirakçılarının vərdişlərinin artırılması və fövqəladə hallar zamanı Nazirliyin xilasetmə qurumlarının birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi olmuşdur.

Məşqlə əlaqədar Mərkəzdə qərargah yaradılmış, FHN-nin yerli qurumları ilə fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Eyni zamanda Nazirliyin region ərazisində yerləşən qurumları ilə qarşılıqlı fəaliyyət təşkil edilmiş və həyata keçirilmişdir. Birgə qərargah məşqinin keçirilməsi üzrə işçi otaqlar hazırlanmış, zəruri avadanlıqlarla təchiz edilmiş, məşqə cəlb olunan bölmələrin hazırlığı yoxlanılmış, təhlükəsizlik qaydaları ilə tanış edilmiş, rəhbəredici sənədlərin tələbləri öyrənilmışdir. 

Digər məlumatlar

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə 22 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirmişdir....

Ardını oxu

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu