Geri

Heydər Əliyev Beynəlxalq Aeroportunda nəzəri-praktiki seminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 2017-ci il dekabrın 27-də Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidməti ilə birgə nəzəri-praktiki seminar keçirmişdir. Tədbir müəssisə və təşkilatlara məxsus könüllü və idarədənkənar yanğından mühafizə bölmələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən  nəzəri-praktiki seminarda hava limanının  Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin rəisi Azad Səmədov insanların kütləvi toplaşdığı mühüm əhəmiyyətli obyektlərdə, o cümlədən hava limanında baş verə biləcək fövqəladə hadisələrin, xüsusilə də yanğınların qarşısının alınması üçün düzgün qərarların qəbul edilməsi üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidməti arasında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulamışdır. O, müvafiq xidmətlərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyndən söz açaraq qarşıda duran vəzifələrdən danışmışdır.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının iştirak etdiyi nəzəri-praktiki seminarda şəxsi heyətin və yanğınsöndürmə vasitələrinin hava limanında yanğınların söndürülməsinə cəlbolunma qaydaları, yanğın avtomobillərinin və avadanlıqlarının səmərəli istifadəsi, yanğınsöndürmə maddələrini, onların verilməsi qayda və üsulları, yanğınların söndürülməsi üçün qüvvə və vasitələrin hesablanması metodları və onların yerləşdirilməsi prinsipləri, radiorabitə vasitələrindən istifadə qaydaları haqqında nəzəri və praktiki bilgilər verilmişdir.  

Təyyarədə yanğın zamanı uçuş-enmə zolağında insanların xilas edilməsi, yaranmış şəraiti nəzərə alaraq döyüş hərəkətlərinin həlledici istiqamətlərinin müəyyən olunması, fuzelyajın içində yanğının söndürülməsi üçün lazımi qüvvə və vasitələrin miqdarının düzgün hesablanması və onlardan səmərəli istifadə olunması, həmçinin dağılmış yanacağın söndürülməsi ilə bağlı bilgilər də seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Seminar iştirakçıları, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisi, onun  əməliyyat-taktiki xüsusiyyətləri, mövcud rabitə vasitələri, su təchizati, həmçinin hava limanının bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri ilə bağlı bilgilərlə məlumatlandırılmışlar.

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu