Geri

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirələri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi qış mövsümünə hazırlıq çərçivəsində noyabr ayının 30-da növbəti rayon müşavirələri keçirmişdir. Paytaxtın Qaradağ və Nərimanov rayon İcra hakimiyyətlərində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş rayon müşavirələrilə bu silsilə tədbirlərə yekun vurulmuşdur. Analoji rayon müşavirələri 27 sentyabr 2017-ci il tarixindən başlayaraq Bakının bütün digər rayon İcra hakimiyyətlərində də keçirilmişdir.

Tədbirlərdə Qaradağ və Nərimanov rayonunun İcra hakimiyyətləri, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonların təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki müdafiə qoşunlarının nümayəndələri iştirak etmişlər.

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən müşavirələrin əhəmiyyətinə toxunan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov sakinlərin bu istiqamətdə maarifləndirilməsinin ən ümdə vəzifələrdən olduğunu vurğulamışlar.

Tədbirlərdə Bakı Regional Mərkəzinin nümayəndələri paytaxtda 2016 və 2017-ci illərin müvafiq dövrü ərzində baş vermiş yanğınların və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Müşavirələr zamanı FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin, Qaradağ və Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissələrinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxış etmiş, yanğınların baş vermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışmışlar.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Rayonların Qaz istismar sahələrinin, Enerji Təchizatı və Satışı idarələrinin, Mənzil Kommunal Təsərrüfat birliklərinin, Təcili və təxirəsalınmaz yardım stansiyalarının əməkdaşları müvafiq olaraq “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”  və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.  

Sonda Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, yalnız aidiyyəti qurumların birgə fəaliyyəti, maarifləndirmə işinin daha da gücləndirilməsi və əhalinin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsilə baş verən bədbəxt hadisələrin sayı minimuma endirilə bilər.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu