Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi respublikada keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində 8 noyabr 2017-ci il tarixində Şirvan şəhəri 13 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və digər mövzularda geniş məlumat vermişlər.

Tədbirdə “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Hansı hallarda “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar edilmiş və mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu