Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə  respublikada keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində 7 noyabr 2017-ci il tarixində Zaqatala rayonu Car kənd 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Toplantıda məktəbin müəllim və şagirdləri iştirak etmişdir. Tədbirdə dinləyicilərə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ”, “Dəm qazı”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir. Mərkəz əməkdaşları tərəfindən şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitablar paylanılmışdır. 

Sonda mövzulara dair suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə cari il aprel ayının 25-də Xəzər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli Peşə məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Quba rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümünəvi mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu