Geri

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi respublikada keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində 7 noyabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Masallı şəhər 1 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Masallı rayon Yanğından Mühafizə Hissəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə məlumat verilmiş, hər mövzu ilə bağlı fotoslaydlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu