Geri

FHN-in Su ehtiyatları Dövlət Agentliyi və “Hidrotex” MMC işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

6 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Su ehtiyatları Dövlət Agentliyi və “Hidrotex” MMC işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmiş, rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermiş, konfransın işinə uğurlar arzulamışdır.

“Hidrotex” MMC işçilərinin Həmkarlar İttifaqı Komitəsinin üzvü Vəfa Nəsibovanın geniş hesabat məruzəsi dinlənilmişdir.

Daha sonra Su ehtiyatları Dövlət Agentliyi “Hidrotex” MMC-nin direktoru Tale Şamçıyev çıxış edərək rəhbərlik etdiyi müəsisənin işçilərinə göstərilmiş diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Qeyd edək ki, konfransda agentlik və ona tabeli müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin fəaliyyətinin səmərəliliyinin və effektliyinin daha da artırılması məqsədilə həmkarlar ittifaqı komitələrinin vahid bir komitə şəklində birləşdirilməsi təklifi irəli sürülmuş, konfrans iştirakçılarının müzakirəsinə çıxarılaraq yekdilliklə qəbul edilmişdir. Həmçinin, təklif edilmişdir ki, yeni komitənin adı Su Ehtiyatları Agentliyi aparatı və müəssisələri işçilərinin Həmkarlar İttifaqı Komitəsi adlandırılsın.

Konfransın sonunda, yeni yaradılmış komitəyə sədr seçkiləri keçirilmiş və Məcnun Quliyev Su Ehtiyatları Agentliyi aparatı və müəsisələri işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu