Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 3 noyabr 2017-ci il tarixində Naftalan şəhər Qaşaltı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydalarına dair biliklərin aşılanması olmuşdur.

Toplantıda Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmişdir. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş və hər təqdimatdan sonra mətnə aid videoçarxlar nümayiş olunmuşdur. Bundan başqa, odsöndürən balonlardan istifadə qaydaları tədbir iştirakçılarına əyani nümayiş etdirilmişdir.

Toplantının  sonunda  Mərkəzin əməkdaşları tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas müddəaları və ölkəmizdə bu istiqamətdə görülən tədbirlər haqqında məlumatlar verilmiş, iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi seminar- müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 15 avqust 2018-ci il tarixində Qusar rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 15 avqust 2018-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin......

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 14 avqust 2018-ci il tarixində Şəki rayon Kiçik Dəhnə kənd Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirə xəstəxananın tibbi heyəti......

Ardını oxu