Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 14 noyabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX-nin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilmiş, mövzularla bağlı fotoslaydlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda m[vzulara dair videoçarx nümayiş olunmuş, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu

FHN-in qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və FHN-in İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə 16-17 noyabr 2017-cı il tarixlərində nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu