Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 10 noyabr 2017-ci il tarixində Göyçay şəhər 8 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydalarına dair biliklərin  aşılanması olmuşdur.

Toplantıda Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin kollektivi iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi”  və “112” qaynar xətti” mövzularında çıxışlar edilmişdir. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş və hər təqdimatdan sonra mətnə aid videoçarxlar nümayiş olunmuşdur. Bundan başqa, odsöndürən balonlardan istifadə qaydaları tədbir iştirakçılarına əyani nümayiş etdirilmişdir.

Toplantının sonunda iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 oktyabr 2018-ci il tarixində Tərtər rayon Mamırlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 23 oktyabr tarixində Sabunçu rayonundakı 96 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 22 oktyabr 2018-ci il tarixində Lənkəran Dövlət Universitetinin rəhbərliyi ilə mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu