Geri

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində noyabr ayının 10-da Suraxanı rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəşad Hacıyev tədbirin əhəmiyətindən bəhs etmiş, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

Tədbirdə Bakı Regional Mərkəzinin nümayəndəsi paytaxtda 2016 və 2017-ci illərin müvafiq dövrü ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxış etmiş, yanğınların baş vermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışmışlar.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”  və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.

  

  

Digər məlumatlar

FHN-in əməkdaşları stolüstü tennis turnirinin qalibi olmuşlar

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının nazirlik, komitə və agentliklərinin əməkdaşları arasında stolüstü tennis turniri keçirilmişdir....

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubunun idmançıları Sərbəst-güləş çempiomatında mükafatlar qazanmışlar

9 dekabr 2018-ci il tarixində Şağan Olimpiya Kompleksində FHN-in İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş Sərbəst-güləş üzrə yeniyetmə və Kadet güləşçilər arasında Açıq Respublika turniri  keçirilmişdir. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu komanda hesabında Respublika çempionu olmuşdur

9 dekabr 2018-ci il tarixində Şağan Olimpiya Kompleksində Kiokşin Karate növü üzrə 6-7, 8-11 yaş uşaqlar və 12-15 yaş yeniyetmələr arasında 20-ci Açıq Respublika çempionatı keçirilmişdir....

Ardını oxu