Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində 1 noyabr 2017-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları”  və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

“Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir

ATƏT-in Düşənbədəki ofisinin və Tacikistan Respublikasının Energetikia və Su Ehtiyatları Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 20 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu