Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi respublikada keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində 1 noyabr 2017-ci il tarixində Neftçala rayonu  2 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və sair mövzularda geniş məlumat vermişlər. O cümlədən, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzusunda davranış qaydaları izah edilmişdir.

Sonda mövzulara aid videoçarxlar nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 22 fevral 2018-ci il tarixində Səbail rayonunda yerləşən 7 nömrəli tam orta məktəbdə yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.  ...

Ardını oxu