Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 30 oktyabr 2017-ci il tarixində növbəti maarifləndirmə tədbirini Nizami rayonu ərazisində yerləşən Milli Gimnastika Arenasında reallaşdırmışdır. Tədbir zamanı Milli Gimnastika Arenasının əməkdaşlarına inzibati binalarda və arenanın mehmanxana bölməsinin yanğın təhlükəsizliyi qaydaları, yanğın zamanı davranış qaydaları, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Arenanın əməkdaşlarına “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər paylanmışdır.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə cari il aprel ayının 25-də Xəzər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirmişdir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli Peşə məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Quba rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümünəvi mülki müdafiə məşqi keçirmişdir. ...
Ardını oxu