Geri

FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilmişdir

23-26 oktyabr 2017-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında ilə voleybol üzrə çempionat keçirilmişdir.

Çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutmuşdur. Yarışda 160-a yaxın idmançının təmsil olunduğu 13 komanda öz qüvvəsini sınamışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olmuşdur. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülmüşdür. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarını məğlub edən Dövlət Yanğın Nəzarəti Xidmətinin komandaları layiq görülmüşdür.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəsisi polkovnik Fizuli Musayev yarışda iştirak etmiş komandaları təbrik etmiş, onlara növbəti oyunlarda uğurlar arzulamışdır.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunmuşdur. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olmuşdur.

 

 

 

 

 

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu