Geri

FHN işçilərinin Həmkarlar İttifaqı gender məsələlərinə həsr olunmuş tədbir keçirmişdir

25 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xətai rayonunda yerləşən inzibati binasında FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Gender bərabərliyi, sosial-məişət problemlərinin həlli yolları” mövzusunda yığıncaq keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin müavini Afət Xanbabayeva nazirlikdə çalışan qadın əməkdaşlarla aparılan işlərdən söhbət açmış, qadınların fəaliyyəti, cəmiyyətdəki rolu haqqında danışmışdır.

Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova qadınlarla bağlı respublika əhəmiyyətli işlərdən danışmış, cəmiyyətdə qadınların yeri, tutduqları mövqe, onları narahat edən məsələlərdən bəhs etmişdir.

Toplantıda FHN-in qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitələrinin fəal qadın əməkdaşları qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu