Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğn Nəzarəti Xidməti 25 oktyabr 2017-ci il tarixində növbəti maarifləndirmə tədbirini Müdafiə Sənayesi Nazirliyinin Milli Aeorokosmik Agentliyinin əməkdaşları üçün reallaşdırmışdır. Tədbir zamanı Agentliyin əməkdaşlarına inzibati binalarda və yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydaları, yanğın zamanı davranış qaydaları, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər tədbir iştirakçılarına paylanmışdır. Sonda Milli Aeorokosmik Agentliyin baş direktorunun birinci müavini texniki eimlər doktoru Tofiq Süleymanov maarifləndirmə tədbirinə görə minnətdarlığını bildirmişdir.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu