Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 10 oktyabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı şəhər 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX-nin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə məlumat verilmiş, mövzularla bağlı fotoslaydlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda mövzulara dair videoçarxlar nümayiş olunmuş, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 sentyabr 2018-ci il tarixində SOCAR-ın “Azərikimiya” İstehsalat Birliyinin təmir tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu