Geri

Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə uğurla davam etdirilir

27 yanvar 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində dislokasiya ərazisinə daxil olan rayonlar üzrə sel təhlükəsi ehtimal olunan kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə toplantı keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdiyi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyinin azaldılmasından ibarət olmuşdur.

Layihə çərçivəsində Qəbələ rayonunda bir neçə dəfə “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırmanın aləti kimi”, “İcma əsaslı erkən xəbərdarlıq sistemləri və icmaların su ilə bağlı yarana biləcək problemlərə hazırlığı”, “Daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemi” və digər mövzularda keçirilmiş təlimlərdə iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılmış və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparılmış, həmçinin, Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi modeli və ondan istifadə vasitələri haqqında ətraflı maarifləndirilmişdir.

Sonda sel və daşqınların törətdiyi fəsadlar zamanı kənd icması tərəfindən ilkin cavab vermə tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi təyinatlı alət və avadanlıqlar paylanımış, Mərkəzin əməkdaşları tərəfindən alət və avadanlıqlardan istifadə qaydaları üzrə praktiki məşqələ keçirilmişdir.

Digər məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

8-11 oktyabr  2018-ci il tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təlimi keçirilmişdir. Serbiya Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir. ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı yanğınsöndürmə xidmətinin əməkdaşı olmuş Milli Qəhrəmanların məzarlarını ziyarət etmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmuş,  Azərbaycan torpaqları uğurunda qəhrəmancasına fədakarlıq göstərərək həyatlarını fəda etmiş Azərbaycanın Milli Qəhrəmanları  Əsədov Malik Hamil oğlunun və Niftəliyev Cəmil Səmədxan oğlunun məzarları ziyarət olunmuş və şəhidlərin ailələrinə baş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 oktyabr 2018-ci il tarixində Göyçay rayon 27 nömrəli Ağdam tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu