Geri

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir

23-27 yanvar 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 14 komandadan 60-ə yaxın əməkdaş iştrak etmişdir.

Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitaliy Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunmuşdur. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası tutmuşdur.

Şəxsi hesabda 1-ci yerə Seyidov Anar (Əsaslı tikinti idarəsi), 2-ci yerə Dadaşov Paşa (Dövlət Yanğın Nəzarəti Xidməti) və 3-cü yerə isə Hüseynov Ayaz (“İzotop” xüsusi kombinatı) layiq görülmüşdür.

Sonra Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatın qaliblərini təbrik etmiş, onları diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.








Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

20 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “GilanTexstil Park” MMC-də “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması və nəticələrin aradan qaldırılmasında Nazirliyin yerli qurumları ilə əlaqənin təşkili” mövzusunda tədbir keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

19 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 oktyabr 2017-ci il tarixində Xızı rayonu Yeni Yaşma Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu